BİZNES

Buzqıran gəmi hərraca çıxarıldı - QİYMƏTİ UCUZLAŞDI

Azərbaycanda gəmi almaq asanlaşdı. Artıq bunu hərrac vasitəslə gerçəkləşdirmək mümkündür. 

"" xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki,dekabrın 11-də baş tutacaq hərracda   ləğv edilən “Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə” ASC-yə məxsus buzqıran gəmi üçüncü dəfə 10% endirimlə satışa çıxarılacaq.

Onun ilkin satış qiyməti 459 min manat müəyyən edilib. Gəmi almaq üçün hərraca qoşulmaq istəyən hüquqi və fiziki şəxslər öncədən 45 min 900 manat beh ödəməlidir.    

Xatırladaq ki, “Kapitan Rəcəbov” adına buzqıran gəmi 1976-cı ildə isthelsal edilib. Sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11)  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq: Gəmi barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün  hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department