İşsizlikdən Sığorta Fondunun gəlir mənbələri bölüşdürüldü: özəl sektordan 76,2 mln yığılacaq
Milli Məclis bu günkü iclasda Dövlət Sosial Müdafiə Fondnunun 2020-ci il büdcə layihəsini III oxunuşda qəbul edib.
DSMF-nin gəlirləri və xərcləri 4 milyard. 825 milyon 508 min manat səviyyəsində proqnozlaşdırılır, bu da 2019-cu ilin göstəricilərindən 16,89% çoxdur.
Parlament "İşsizlikdən sığorta fondu"nun 2020-ci il büdcə layihəsini III oxunuşda qəbul edib.
2020-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 128 milyon 235,4 min manat səviyyəsində proqnozlaşdırılır.
Büdcə layihəsinə əsasən, Fondun gəlirləri aşağıdakı mənbələr hesabına formalaşacaq: büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin işsizlikdən sığortalanması üzrə daxilolmalar - 17 milyon 834,8 min manat, büdcədən maliyyələşən təşkilatlarin işçilərindən tutulan işsizlikdən sığorta üzrə daxilolmalar - 17 milyon 834,8 min manat, özəl sektorda içşilərdən – 76,2 mln. manat, qalanı – digər mənbələrin payına düşür.
2020-ci ildə fondun xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək: işsizliyə görə sığorta ödənişləri - 5 milyon manat, peşə hazırlığı və əlavə təhsilin təşkili - 5 milyon manat, əmək birjaları və əmək yarmarkalarının təşkili - 500 min manat, haqqı ödənilən ictimai işlərin təşkili - 2 milyon manat.
Bundan əlavə, gələn il özünüməşğulluq tədbirlərinin təşkilinə 63 milyon 735,4 min manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 milyon manat, məşğulluq orqanlarının saxlanılması xərclərinə 43 milyon manat yönəldiləcək.
Həmçinin xərclər bəndində 2 milyon manatın peşə üzrə məsələhət xidmətlərinin göstərilməsi, 2 milyon manatın – peşə standartlarının hazırlanması, 1 milyon manatın – əlavə iş yerlərinin yaradılması və sosial müdafiəyə xüsusi ehtiyac duyan və məşğulluqla bağlı çətinlikləri olan vətəndaşlar üçün məqsədli proqramların keçirilməsi, 1 milyon manatın – məşğulluq üzrə digər fəal tədbirlərin keçirilməsi nəzərdə tutulur.