BİZNES

Vergilər Nazirliyi maşınlarını satır - 10% ENDİRİMLƏ

Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 11-də növbəti hərrac barədə elan verib. 

"" xəbər verir ki, həmin gün digər daşınmaz əmlaklarla yanaşı dövlət qurumlarının balansında olan maşınlar da satışa çıxarılacaq. Onların sırasında yer alan maşınlardan 3-ü Vergilər Nazirliyinin balansındadır. Siyahıda ən ucuz maşın 2007-ci ilə aid olan "Daewoo Nexia"dır. Onun ilkin satış qiyməti 2880 manat müəyyən edilib. "KİA Optima"lar (2005) isə 3600 manata satılır. 

Xüsusi Dövlət Mühafizə Xidmətinin balansında olan "Mitsubishi L-200" markalı maşının (2005) ilkin satış qiyməti 5 min manatdır. 2006-cı ildə istehsal edilən "Mitsubishi Galant" isə 7 500 manata satılır. 

Hərracın ən baha maşını isə  "Mercedes Benz S350"dir. Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin balansında olan maşın 30 min manata hərraca çıxarılıb. Avtomobil 2008-ci ildə istehsal edilib. 

Maşınları hərracda almaq üçün onlarınqabaqcadan  dəyərinin 10%-i məbləğində beh ödənilməlidir. Sifarişlər  Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır.

http://emdk.gov.az/index.php/az/elanlar/5148-11-dekabr-2018-ci-il-tarixd%C9%99-h%C9%99rraca-%C3%A7%C4%B1xar%C4%B1lan-n%C9%99qliyyat-vasit%C9%99l%C9%99rinin-siyah%C4%B1s%C4%B1

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department