Bank

20 Türkiyə bankının reytinqi aşağı salındı

Beynəlxalq kredit reytinqi agentliyi "Fitch", 20 Türkiyə bankının reytinqini aşağı salıb. Bundan başqa, 12 bankın maliyyə gücü reytinqi də endirilib.

Bİ.az xəbər verir ki, Fitch, reytinqin aşağı salınmasına, bankların aktiv keyfiyyətləri, preformans riskləri, likvidlik və maliyyələşmə istiqamətlərində aparılan qiymətləndirmələr nəticəsində qərar verdiyini bildirib.

"Ficth Ratings" 13 İyulda Türkiyənin kredit reytinqini "BB+"dan "BB"yə salmış,  proqnozunu isə "sabit"dən "mənfi"yə dəyişmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)