Sosial iqtisadiyyat

Supermarketlər kartla ödənişdən imtina etsələr - CƏZALANACAQLAR

Marketlərdə kartla ödəniş etmək istəmək istədikdə hələ də imtina halları ilə rastlaşırıq. Bunun kökündə dayanan əsas məsələlərdən biri odur ki, kartla ödəniş etdikdə pul sahibkarın hesabına ən yaxşı halda bir gündən sonra oturur. Əgər satış əməliyyatı həftənin cümə günü sonunda və şənbə günü baş verirsə, bu halda yalnız 3 və ya 2 gün sonra yəni qarşıdakı həftənin ilk iş günündə sahibkar pulunu hesabında görə bilər. Buna görə də marketlər satdığı malın dəyərini nağd halda alıb dərhal hesabına daxil etməkdə maraqlıdır. Gələn il bi problem öz həllini tapacaq, çünki Azərbaycan Mərkəzi Bankı "Ani ödənişlər sistemi"ni istifadəyə verəcək.

ENA.az xəbər verir ki, Mərkəzi Bankın Milli Ödəniş Sistemlərinin İnkişafı Şöbəsinin rəisi Ramin Mahmudovun sözlərinə görə, bu sistem ödəniş baş verdiyi halda vəsaitin ani olaraq sahibkarın hesabında oturmasına imkan verəcək. Üstəlik, post-terminal təqdim etməyən supermarketlər cəzalandırılacaqlar. Yəni, vətəndaş kartla ödəmək istədikdə market bundan imtina edərsə ona qarşı inzibati cərimə tətbiq ediləcək. Bununla bağlı 2020-ci ildə qüvvəyə minəcək "Vergi Məcəlləsi"ndə müvafiq cəza tədbirləri öz əksini tapıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department