Sığorta

“Qala Həyat”da sığorta haqları üzrə yığımlar azalmaqdadır

“Qala Həyat” Sığorta Şirkəti ASC-nin sığorta haları yığımı və eləcə də ödənişlərindəki eniş davam etməkdədir.

ENA.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr ayları ərzində cəmi  11,35 mln. manatlıq sığorta haqqı, 6,05 mln. manatlıq isə sığorta ödənişi həyata keçirə bilib.

Ötən ilin eyni dövründə “Qala Həyat”ın sığorta haqları yığımı  13,64 mln. manat, sığorta ödənişləri isə  11,72 mln. manat təşkil edirdi. Belə görünür ki, sığorta şirkətinin sığorta haqları üzrə yığımları 14 faiz, ödənişləri isə 48% kiçilib.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)