Gürcüstanda qaz və neft hasilatı ilə bağlı beynəlxalq tender elan olunub
Gürcüstanın Saqareco və Qardabani rayonlarında yerləşən XI-H lisenziya blokunda qaz və neft hasilatı üçün lisenziyanın alınması ilə bağlı açıq beynəlxalq tender elan olunub.
ENA.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Neft və Qaz Agentliyi məlumat yayıb.
Tenderdə iştirakla bağlı müraciətlər 2020-ci ilin martın 2-dək qəbul olunacaq.
Qeyd edək ki, adıçəkilən lisenziya blokunda İsrailin “Elenilto” şirkəti iş aparıb. Lakin şirkət şərtləri yerinə yetirmədiyindən onunla bağlanan müqaviləyə xitam verilib. Sənədə əsasən, “Elenilto” lisenziyanı 25 il müddətinə almışdı və kəşfiyyat-axtarış işlərinə 41 mln. ABŞ dolları həcmində investisiya yatırmalı idi.