Türkiyənin cari əməliyyatlar balansı proqnozdan aşağı oldu
Sentyabrda Türkiyənin cari əməliyyatlar balansında 1.83 milyard dollar profisit yaranıb.
BI xəbər verir ki, halbuki, proqnoz cari əməliyyatlar balansının profisitinin 2.59 milyard dollar olacağına dair idi.
12 aylıq cari kəsir isə 46 milyard 58 milyon dollar olub.
Avqust ayının cari profisiti 2.59 milyard dollardan 1.86 milyard dollara dəyişdirilib. Cari balansda Avqust ayında 2015-ci ildən bəri ilk dəfə profisit vermişdi.
Bu gün Türk Lirəsi Dollar qarşısında təxminən 1% ucuzlaşıb və Dollar/TL məzənnəsi 5.50 səviyyəsini görüb.