"UniCredit" "Yapı Kredi Bank"dakı payını azaldır
İtaliyanın maliyyə şirkəti - "UniCredit" Türkiyənin "Yapı Kredi Bank"lındakı payını azaltmağa hazırlaşır.
"ENA" bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, "UniCredit" "Yapı Kredi Bank"ın səhmlərinin təxminən 82%-nə nəzarət edən "Koç Maliyyə Xidmətləri" şirkətindəki 50%-lik payını "Koç Holdinq"ə satmağı planlaşdırır. Bu baş versə, holdinq "Koç Maliyyə Xidmətləri"nə 100% sahib olacaq.