ENA+

Rusiyada döyüşçü robot qrupları yaradılacaq

2025-ci ilə qədər Rusiyada döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik çoxfunksiyalı robotlardan ibarət qruplaşmalar yaradıla bilər.

ENA.az xəbər verir ki, bu barədə ölkənin müdafiə-sənaye kompleksindəki mənbəyə istinadən RİA "Novosti" agentliyi bildirib.

Qeyd edilir ki, qruplaşmaların formalaşdırılması məsələsi 2020-ci ildən nəzərdə tutulub. 

"Biz 2025-ci ilə qədər fundamental və eksperimental dizayn planda bu məsələni yekunlaşdırmalıyıq", - deyə mənbə bildirib.

Məlumata görə, qruplaşmaların sonra silahlı qüvvələr sisteminə keçidi planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)