Bank

“NBC Bank”a "kapital inyeksiyası" gözlənilir: Ümumi yığıncaq çağırılıb

26.12.2019-cu il tarixdə “NBC Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. 


ENA.az xəbər verir ki, “NBCBank” ASC Müşahidə Şurasının məlumatına görə, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

 

-  “NBC Bank” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması barədə.

 

-  Digər məsələlər.
 

Yığıncaq “NBCBank” ASC-nin Bakı şəhəri Müzəffər Nərimanov, məhəllə 20/54 ünvanında yerləşən Mərkəzi ofisində keçiriləcək. 

Məlumat üçün bildirək ki, “NBC Bank” ASC-nin 64 milyon manat nizamnamə kapitalının 65,90%-i Nuru Əliyevə, 6,42%-i Aynur Kamalovaya, 6,42%-i Aysel Usubovaya, 6,16%-i Nüşabə Şəfiyevaya və  6,02%-i "Nurğun Qrup" MMC-yə, 4,3%-i Surxay Əhmədova, 2,72%-i "Caspian İnsurance Co." MMM-yə, 1,02%-i Elnur Səfiyevə, daha 1,02%-i isə Nicat Səfiyevə məxsusdur. 

 

“NBC Bank” ASC  2019-cu ilin 9 ayını 111.5 min manat xalis mənfəət ilə başa vurub

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)