Sosial iqtisadiyyat

Azərbaycanda evdar xanımlara pul verilə bilər

Biz çalışırıq ki, işləməyib evdə uşağa baxan qadınların əziyyəti qiymətləndirilsin.

ENA.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib

H.Hüseynova bildirib ki, son dövrdə Prezident tərəfindən sosial məsələlərə büdcədən xeyli vəsait ayrılıb: “Bir çox qadınlarımız var ki, işləmir, evdə uşağa baxırlar. Bir sıra ölkələr evdar qadınların əməyini qiymətləndirmək üçün vəsait ayırır. Biz də məsələ qaldırırıq ki, uşağa baxan qadınların əməyi qiymətləndirilsin”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)