BİZNES

Azərbaycanın özəl aviaşirkətinin nizamnamə kapitalı kəskin artırılıb

"Silk Way Business Aviation" MMC-nin nizamnamə kapitalı kəskin artırılıb. 

"ENA" xəbər verir ki, aviaşirkətin kapitalı 200 manatdan 27 880 200 manata çatdırılıb. 

Xatırladaq ki, "Silk Way Business Aviation" 2007-ci ildə yaradılıb, "Silk Way Holding" MMC-yə daxildir. Aviaşirkət, əsasən, iş adamları üçün çarter reysləri həyata keçirir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)