Sosial iqtisadiyyat

İşə götürmək istədiyiniz namizədin “dürüstlüyünü” yoxlamaq üçün ona üç sual verin

General Motors” şirkətinin baş direktoru Mary Barra, işə götürmək istədiyi namizədin dürüstlüyünü yoxlamaq üçün onlara cəmi üç sual verir.

– Mary Barra – “General Motors” şirkətinin baş direktorudur, 18 yaşından bəri təcrübəçi vəzifəsindən başlayaraq eyni şirkətdə çalışıb.

– O, işə götürmək istədiyi namizədin “dürüstlüyünü” yoxlamaq üçün ona cəmi üç sual verir.

– Mary Barra iş üçün müraciət edənlərin cavablarında ardıcıllıq və dürüstlük axtarır.

Onun “LinkedIn” dəki səhifəsini izləmək olduqca əyləncəlidir, çünki o Mary-nin 14 vəzifədə uğurlu karyera yüksəlişini nümayiş etdirir – 1980-cı ildə Kettering Universitetində təcrübəçi vəzifəsindən şirkətin baş direktoru vəzifəsinə qədər.

Bu gün diqqətimizi çəkəcəyimiz 14 vəzifədən biri də HR vəzifəsidir. Mary Barra-nın iş üçün müraciət edən insanlara müsahibə zamanı verdiyi suallara nəzər yetirmək maraqlı olar.

“Wharton People Analytics Conference” in verdiyi məlumata görə, baş direktor namizədlərə ardıcıl olaraq cəmi üç sual verəcəyini söyləyirdi:

  1. Həmkarlarınız sizi necə təsvir edirlər? (əlamət bildirən üç söz)
  2. Rəhbəriniz sizi necə təsvir edir? (əlamət bildirən üç söz)
  3. Sizə tabe olan insanlar (işçiləriniz) sizi necə təsvir edirlər? (əlamət bildirən üç söz)

“İdeal olaraq, bu üç sualın cavabları bir-birinə oxşamalıdırlar, – Barra qeyd edir. – Çox güman ki, siz namizədin dürüstlüyünə inanaraq yuxarı və aşağı vəzifələri icra edən işçilər arasındakı münasibətlərin kəskin fərqli olmasını istəmərsiniz. İşçi heyəti rəhbərliklə, rəhbərlik isə işçi heyəti ilə dil tapmalıdır. Güclü komandaların sirri də məhz bu ardıcıllıqdır”.

Mary Barra bildirir ki, o adətən işə götürmək istədiyi namizəddə aşağıdakı keyfiyyətləri axtarır:

  1. Dürüstlük (“Bu mənim üçün əsas amildir”).
  2. Komanda işini bacarmaq (“Mən qayığımıza tullanıb bizim problemlərin həllini öz üzərinə götürməyə hazır olan işçiləri axtarıram”).
  3. Problemlərin öhdəsindən iyerarxiya yolu ilə deyil, təsir yolu ilə gəlmək bacarığın olması
  4. Texniki kompetensiya və avtomobil sənayesinə maraq

Bundan  əlavə olaraq, Mary Barra “General Motors” əməkdaşlarının geyim tərzini də dəyişdi – 10 səhifəlik qaydalar toplusundan “Uyğun geyinin” cümləsinə qədər.

Sizə elə gələ bilər ki, bu çox əhəmiyyətsiz bir şeydir. Lakin mürəkkəb şirkətdə bu qədər sadə qaydanı tətbiq etdirmək üçün insanda liderlik bacarığı olmalıdır (və bəlkə də bir çimdik bəxt).

Barra bu ideyasını “ən sevimli” adlandırır, çünki az vaxt almaqla yanaşı, bu ideya qarşıdakı insanı daha yaxşı tanımağa imkan verir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)