Bankların aktivlərində “aktivlik tendensiyası”: Kim kiçilib, kim böyüyüb? – DİNAMİKA
Bank sektorunun ən vacib göstəricilərindən biri onun aktivlərinin həcmidir. Bu göstərici əsasında bankın ümumi vəziyyəti haqqında fikir yürütmək və nə qədər dayanıqlı olub-olmadığı haqqında məlumat əldə etmək mümkündür. Azərbaycanın bank sektorunda ötən bir ildə aktivlərinin həcminə görə vəziyyəti dəyişənlər kifayət qədər çoxdur və bir il əvvəl “reanimasiya otağında olan banklar”ın bir qismi görünür, “kapital inyeksiyası”ndan sonra daha “komfort zona”ya daxil ola biliblər.
ENA.az xəbər verir ki, 2019-cu ilin 3-cü rübünün nəticələrinə görə, aktivlərin həcmindəki nisbi dinamikada azalma göstərən bəzi banklar vəziyyəti düzəldərək, müsbət zonaya keçiblər. Bu banklardan AFB Bank (19,7% kiçilmə ilə 30 bank arasında lider idi), Nikoil Bank, Rabitəbank, Ziraat Bank Azərbaycan, Kapital Bank, Xalq Bank kiçilmə tendensiyasını dayandıraraq, yenidən böyüməyə başlayıblar. Təhlil aparsaq, 2018-ci ilin 3-cü rübünün sonu ilə müqayisədə aktivləri azalan bankların sayı artıb və 10-dan 13-ə qalxıb.
2019-cu ilin 9 ayının yekunlarına görə, nisbi dinamikada geriləmə nümayiş etdirən bankların sırasına 16,1% ilə Bank Avrasiya liderlik edir. Dövlət bankı olan Azər-Türk Bankın aktivləri 12,1%, Premium Bank ASC 11,2% nisbi azalma nümayiş etdirib.
Müləq dinamika üzrə rüb ərzində aktivlərini 833 min manat artıran Azərbaycan Beynəlxalq Bankı birinci yerdədir.
Bank-Sektoru-2019-III RÜB
Bank-Sektoru-2018-III RÜB