Qarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub
![](https://ena.az/uploads/news/2019-11/_ena_4a2a585dec15fe66440f71990_o.jpg)
Ermənilər Azərbaycana qarşı təxribatlarını davam etdirir.
Ermənistan KİV-ləri xəbər verir ki, Qarabağda – Xocalı və Xocavənd rayonlarının ərazilərində istehsal olunan günəbaxan yağları “Voske Katil” (Qızıl damcı) adı ilə ABŞ-a satılır. Satış əsasən, ermənilərin kompakt yaşadığı Kaliforniya ştatında həyata keçirilir.
Xocavəndin Tağaverd kəndinə yerləşən zavod yaxın aylarda istehsalın genişləndirilməsi və Avropa-Asiya ölkələrinə satış da planlaşdırır.
2011-ci ildə Norayr Stepanyan tərəfindən yaradılmış zavod sutka ərzində 40 tona qədər müxtəlif yağlat istehsal edir.