Kartla ödəniş edənə hədiyyə – HÖKUMƏTDƏN YENİ KAMPANİYA
Naxçıvan Muxtar Respublikasında (MR) nağdsız hesablaşmaların stimullaşdırılması üçün yeni kampaniyaya başlanılıb.
Mərkəzi Bankdan "BI"yə verilən məlumata görə, Mərkəzi Bank qlobal ödəniş texnologiyalarının lideri olan “Mastercard” ilə birlikdə Naxçıvan Muxtar Respublikasında (Naxçıvan MR) rəqəmsal ödənişlərin istifadəsinin stimullaşdırılması məqsədi ilə növbəti dəfə istehlakçılar üçün stimullaşdırıcı kampaniyaya start verib.
Kampaniya çərçivəsində daha iki ticarət mərkəzində 20 AZN və ya daha yüksək məbləğdə alış-verişini “Mastercard” və ya “Maestro” kartları ilə nağdsız qaydada ödəyən bütün müştərilər elə yerindəcə təklif edilən hədiyyələrdən birinə sahib olacaqlar.
Kampaniya noyabrın 8-dən 2018-ci ilin sonunadək davam edəcək.
Belə kampaniyaların gələcəkdə Azərbaycanın digər bölgələrində də davam etdirilməsi nəzərdə tutulur.