İran 53 milyard barel ehtiyata malik yeni neft sahəsi tapdığını açıqlayıb
İran Prezidenti Həsən Ruhani, ölkənin cənubunda 53 milyard barel ehtiyata malik yeni neft sahəsi tapdıqlarını açıqlayıb.
"ENA" xəbər verir ki, Ruhani, "İlk olaraq 2016-cı ildə başlatdığımız yeni neft sahəsi araşdırmalarında ötən həftə nəticə əldə etdik. Bu gün kəşf etdiyimiz yeni neft sahəsinin xəbərini sizlərə vermək istəyirəm. Bu dövlətin, Neft Nazirliyinin və Milli Neft Şirkətinin İran millətinə hədiyyəsidir. 53 milyard barel ehtiyata malik yeni neft sahəsi təsbit etdik",- deyib
İranın Huzistan əyalətinə bağlı Bostan bölgəsindən Umidiyə şəhərinə qədər uzanan bir sahədə yeni neft sahəsi tapdıqlarını qeyd Ruhani, "Yeni neft sahəsi 2 min 400 kilometr genişliyə, 80 metr dərinliyə malikdir və bu neft sahəsi 53 milyard barel həcmindədir" bildirib.
Yeni neft sahəsindən neftin işlənməsi və çıxardılmasına dair danışan Ruhani, "1% nefti çıxardığımız halda bizim neft gəlirimiz 32 milyard dollar təşkil edəcək. Bu nisbəti 10%-ə qaldırdıqda isə neft gəlirimiz 320 milyard dollara çatacaq. Bu səbəbdən lazımlı olan texniki infrastruktura sahib olmalıyıq" deyib