Vakansiyalar

AFB Bank işçi axtarır - VAKANSİYA

AFB Bank Pərakəndə Bankçılıq Strukturunun mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
• Mükəmməl azərbaycan dili biliyi (ingilis dilini bilənlərə üstünlük verilir);
• Ofis proqramları ilə işləmək bacarığı;
• Dəqiqlik, Analitik düşünmə və yüksək maliyyə təhlili qabiliyyəti;
• Ünsiyyətcil və Komandada işləmək bacarığı;

İŞİN TƏSVİRİ:

• Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması;
• Mikro kreditlərin təhlilinin müzakirəsi və yenidən qiymətləndirilməsi;
• Mikro kredit monitorinqlərinin aparılması;
• Filiallarda olan mikro kredit üzrə çalışan əməkdaşlarla daim ünsiyyətdə olmaq , kredit portfelinə nəzarət və idarə etmək;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə Bankçılıq Strukturunun mütəxəssisi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department