“Azərbaycan Dəmir Yolları” daha bir şirkət yaradıb

Vergilər Nazirliyi noyabrın 6-da “ADY Servis” MMC-ni dövlət qeydiyyatına alıb.
"BI" nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230-da qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 200 manat, qanuni təmsilçisi isə Ələddin Yavər oğlu Şıxəliyevdir.
Xatırladaq ki, ADY-nin daha 3 törəmə şirkəti var. Bunlar “ADY Ekspress”, “ADY Konteyner” və “ADY Əmlak” MMC-lərdir.