“Naxçıvanpoçt” publik hüquqi şəxsə çevrilib
“Naxçıvanpoçt” publik hüquqi şəxs yaradılıb.
"ENA"un məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 4-də sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında “Naxçıvanpoçt” publik hüquqi şəxsi yaradılıb.