Naxçıvanda Qaz İstismar Xidməti yaradılıb
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti yaradılıb.
ENA.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 4-də sərəncam imzalayıb.
Sərəncama əsasən, “Naxçıvanqaz” İstehsalat Birliyinin əsasında Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti yaradılıb.