“Google” 2,1 mlrd. dollara“Fitbit” şirkətini alıb

Alphabet holdinqi “Fitbit” şirkətini almaq barədə razılığa gəlib.“Fitbit” fitnes-trekerlər və “ağıllı” saatlar istehsal edir. Əməliyyatın məbləği 2,1 mlrd. dollardır.
Razılıq “Google”-un daşınan cihazlar bazarında möhkəmlənməsinə və Wear OS əməliyyat sistemini aktiv şəkildə inkişaf etdirməsinə kömək edəcək.
Şirkətlər razılığı 2020-ci ildə bağlayacqlar. Alphabet hər bir “Fitbit” səhminə görə 7,35 dollar ödəyəcək.
“Fitbit”in öz biznesini satmaq planı barədə söhbətlər 2019-cu ilin ortaları yayılmışdı. 28 oktyabrda Reuters mənbələri xəbər verdilər ki, alıcı “Google” şirkəti ola bilər.