Sosial iqtisadiyyat

“Azəriqaz”ın rəhbəri işdən çıxarıldı - YENİ TƏYİNAT

Növbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılıb.

ENA”nın Modern.az-a istinadən məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad olunub. 

Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin digər sərəncamı ilə onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib

eni baş direktor təyinat xəbərini təsdiqləyib. R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: “Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Qeyd edək ki, Əkbər Hacıyev “Azəriqaz”ın sədri postuna 2009- cu ildə təyin olunub. O, 10 il bu vəzifəni icra edib.

R. Əliyev isə həmin qurumda satış və istismar üzrə müavin vəzifəsində çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)