Hadisə

Bakıda iki sərnişin avtobusu toqquşub, 7 nəfər yaralanıb

Bakıda iki sərnişin avtobusu toqquşub.

ENA.az xəbər verir ki,, hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib.

Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 7 nəfər yaralanıb. Yaralıların hamısı qadındır.

Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, yaralıların vəziyyətləri orta-ağırdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)