ENA+

Gürcüstan iqtisadiyyatı ötən ay 5,2% böyüyüb

Bu ilin sentyabr ayında Gürcüstanda ümumi daxili məhsulun (ÜDM) real artım tempi ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% təşkil edib. 

ENA.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir. 

Bu ilin III rübündə isə qonşu ölkədə ÜDM-in orta artım tempi 5,7%, 9 ayında isə 5% olub.

Sentyabrda tikinti, nəqliyyat, ticarət, hotel və restoranlar, istehsal sahəsində artım, dağ-mədən sənayesi, ictimai, sosal və fərdi xidmət sahlərində isə azalma qeydə alınıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)