"Polyaklar narşərabın nə olduğunu bilmirdilər" - Polşadakı Azərbaycan restoranının sahibi
Polşada "Baku Lounge" adlı restoran fəaliyyət göstərir.
Polşada yaşayan azərbaycanlı Fariz Məmmədov həyat yoldaşı ilə birgə Azərbaycan restoranı açıb. Fariz Məmmədovun həyat yoldaşı bildirib ki, restoranı açmaqda məqsədləri ölkəmizi tanıtmaq və milli yeməklərimizi təqdim etməkdir:
“Ərəblər Polşada kabab adı ilə dönəri polyaklara elə təqdim ediblər ki, yerli əhali kababın nə olduğunu bilmirdi. Biz isə polyaklara əsl kababın nə olduğunu təqdim edə bildik. Restoranda Azərbaycan bayrağını asmışıq. Ölkəmizlə bağlı maraqlı şəkillər vurmuşuq. Eyni zamanda milli Azərbaycan içkilərini də təqdim edirik. Polşada insanlar narşərabın nə olduğunu bilmirdilər. Onu da polyaklar çox bəyənirlər. Ağsunun nar şərabını satırırq. Menyumuzda həm türk, həm də Azərbaycan yeməkləri yer alır.
Soydaşımızın sözlərinə görə, restoran xüsusi günlərdə fərqli ab-havada olur:
“Xüsusi bayramlarımız olanda himnimiz səslənir. Bayramlarımızla bağlı kiçik təqdimatlar hazırlayırıq və stolların üstünə qoyuruq ki, hər kəs məlumatlı olsun”.