Oqtay Şirəliyevin istefa verdiyi bildirilir
Səhiyyə naziri Oqtay Şirəliyevin istefa ərizəsini yazdığı bildirilir.
Xəbərə görə, bunu Nazirlikdəki mənbə bildirib.
Mənbə qeyd edib ki, bu, səhiyyə nazirinin sayca üçüncü istefa ərizəsidir. İddialara görə, onun bundan əvvəl müxtəlif vaxtlarda yazdığı iki ərizəsi qəbul edilməyib.
Eləcə də bax: Hafiz Paşayev istefa verdi
Bu dəfə isə situasiyanın fərqli olduğu bildirilir. Belə ki, Oqtay Şirəliyev istefa ərizəsini yazaraq, 3 həftəlik məzuniyyətə çıxıb. Onun məzuniyyətdən qayıtdıqdan sonra isə nazir kimi fəaliyyət göstərməcəyi bildirilir.
Digər məlumata görə, struktur islahatları çərçivəsində optimallaşdırma aparılacağı, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yaxud da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyilə birləşdiriləcəyi gözlənilir.
Eləcə də bax: Yaşlı vəzifəlilər Prezidentin çağırışına cavab verir: Növbə kimindir? - SİYAHI