Sosial iqtisadiyyat

Tədqiqat: İş axtaran insanların 74%-i bacarıqları haqqında yalan danışır

“HeadHunter” in verdiyi məlumata görə, işəgötürənlərin təxminən 90%-i ən azı bir dəfə iş üçün müraciət edənlərin yalanı ilə qarşılaşıb. Çox vaxt yalanlar əmək kitabçasının yoxlanılması zamanı üzə çıxır.  

ENA.az xəbər verir ki, işəgötürənlərin 87%-i həyatında bir dəfə, 27%-i tez-tez və 20%-i nadir halda yalanla qarşılaşıb. Eyni zamanda, respondentlərin 83% -i ərizəçilərin yalanlarının müsahibədə aşkarlandığını qeyd edib.

CV-nin əmək kitabçası ilə müqayisə edən və ya namizədin əvvəlki iş yerləri ilə əlaqə saxlayıb məlumat istəyən işəgötürənlərin 31% -i namizədin onlara yalan danışdığını başa düşüb.

İş axtaranların əksəriyyəti (74%) vəzifə üçün tələb olunan səlahiyyətlər barədə yalan danışır, işəgötürənlərin 53% -i namizədlərin onlara iş stajı haqqında yalan danışdıqlarını (27%) söyləyib.

Sorğunun nəticələrinə görə, işə götürənlərin 69%-i namizədin onlara yalan söylədiyini aşkar etdikdə iş üçün müraciətə “yox” cavabını verir, buna baxmayaraq respondentlərin 21%-i “bəlkə də yox” variantını seçib.

Avqust ayında Amerika sosioloqları, millenialların digər nəsillərlə müqayisədə daha tez-tez yalan danışdığını sübut ediblər. Mütəxəssislərin fikrincə, bu davranışın səbəbləri fərqli ola bilər. Məsələn, namizəd bir neçə ay və ya il işləmədiyi halda müvafiq təcrübənin olmaması və ya karyerada yaranan “boşluq”.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)