Bank Respublika işçi axtarır - VAKANSİYA
Bank Respublika ASC Pərakəndə Satışlar Departamentinə “Pərakəndə bankçılıq üzrə analitik” olaraq 2 vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Məlumat bazası üzrə periodik hesabatların hazırlanması;
• Texniki tapşırıqların yazılması;
• Proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
• Əməkdaşların fəaliyyət göstəricilərinin təhililinin həyata keçirilməsi;
• Pərakəndə bank məhsullarının təkmilləşdirilməsində iştirak.
Namizədə qarşı tələblər:
• Ali təhsil (maliyyə, iqtisadiyyat və tətbiqi riyaziyyat üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: tələb olunmur;
• Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili və ya İngilis dili orta səviyyədə;
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
• Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Təzyiq, stress altında işləmək bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 noyabr 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Pərakəndə bankçılıq üzrə analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.