Vakansiyalar

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır - VAKANSİYA

zərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İnformasiya sistemlərinin təminatı və texniki dəstək idarəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Tam ali təhsil (texniki);
• Texniki Dəstək üzrə ən azı 2 il iş təcrübəsi;
• Microsoft Windows, Microsoft Server əməliyyat sistemləri ilə üzrə iş təcrübəsi;
• Server avadanlıqları üzrə iş təcrübəsi;
• Cisco şəbəkə avadanlıqları üzrə ilkin məlumat;
• Antivirus sistemləri üzrə ilkin məlumat;
• Mail serverlərin işləmə prinsipi üzrə məlumat;
• Mini ATS – üzrə ilkin məlumat;
• Yüksək analitik və problemləri həll etmə bacarıqları, operativlik, təşəbbüskarlıq.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR

• Əməliyyat sistemlərin qurulması, konfiqurasiyası və idarə olunması,Ofis avadanlıqlarının (Printer, Scaner, Fax, Proektor və digər) qurulması;
• İnformasiya texnologiyaları sisteminin təkmilləşdirilməsi ilə bağlı yenilikləri öyrənir və bu yeniliklərin tətbiqi və sistemin inkişafı istiqamətində strateji və taktiki hədəflərin müəyyən edilməsi ilə bağlı təkliflər verir;
• Hardware və proqram təminatı sistemləri daxil olmaqla infrastruktur sistemlərinin sənədləşdirilməsini etmək;
• İstifadəçilərin tələbləri əsasında prioritetlərin idarə olunmasını və bu tələblər əsasında informasiya sistemlərinin imkanları arasında optimal həllərin tapılmasını təşkil edir;
• Palatanın istifadəçi reyesteri üzrə istifadəçi profili və hüququları üzrə idarə edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə hr@fimsa.az elektron ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department