Bank

"Yüksək gəlirli müştərilər üçün investisiya şirkəti yaradırıq" - BANK SƏDRİ

“Yüksək gəlirli müştərilərə, o cümlədən korporativ müştərilərə alternativ investisiya məhsullarını təqdim etmək üçün bank tərəfindən investisiya şirkəti yaradılacaq və platforma qurulacaq”.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

Sədr, "Düşünürük ki, belə bir şirkətin uğurla fəaliyyət göstərə bilməsi üçün Azərbaycan bazarında çox böyük potensial var” deyərək sözlərinə belə davam edib:

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının 11 oktyabr 2019-cu il tarixində keçirilmiş ümumi yığıncağında bu şirkətin yaradılmasına qərar verilib. Hazırda Bankın İdarə Heyəti tərəfindən şirkətin yaradılması və fəaliyyətə başlaması üçün müvafiq hüquqi prosedurlar həyata keçirilməkdədir”.     

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)