BİZNES

Bu şəxslər sadələşdirilmiş vergidən çıxacaq - SİYAHI

Xəbər verildiyi kimi, 2019-cu ilin dövlət büdcə layihəsi çərçivəsində Azərbaycanın Vergi Məcəlləsinə ciddi dəyişikliklər nəzərdə tutulur. Yeniliklərin mühüm hissəsi sadələşdirilmiş vergi ödəyicilərinə aid olacaq. Maraqlı yeniliklərdən biri sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə üzrə bərabərləşdirilərək 2%-ə endirilməsi olacaq (hazırda Bakıda 4%, regionlarda 2%-dir). 

Eləcə də bax: Xidməti müqavilə ilə işləyənlərə pis xəbər – VERGİ DƏYİŞİR

Digər mühüm yenilik isə sadələşdirilmiş vergi ödəyiciləri üçün yeni məhdudiyyətlərin tətbiqi olacaq. Xatırladaq ki, indiyədək sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün illik dövriyyənin 200 min manatı keçməməsi kifayət edir. Gələn ildən isə bu dövriyyə tələbi qalmaq şərtilə əlavə və daha ciddi məhdudiyyətlər tətbiq olunacaq.

Maaşlar artırılır - NAZİRDƏN AÇIQLAMA

Belə ki, məcəlləyə tətbiq edilən dəyişikliklərə görə,  aşağıdakı şəxslər 2019-cu ildən sadələşmiş verginin ödəyicisi ola bilməyəcəklər:

- işçi sayı 5 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;

- topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər

- vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər

 -zərgərlik məmulatlarının, satışını həyata keçirən şəxslər;

- xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;

- lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.

Eləcə də bax: Rüşvət alan gömrük mayoru işdən azad edilib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department