"ABŞ Suriyada nefti qorumaq üçün əsgər saxlayacaq"
ABŞ Prezidenti Donald Tramp, İŞİD lideri Əbu Bəkir Bağdadinin ölməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında, Suriyanın nefti üçün "Exxon Mobil ilə razılaşa biləcəyini' söyləyib.
ENA.az xəbər verir ki, Tramp, mətbuat konfransında ABŞ-ın Suriyadan çıxması qərarı haqqındakı bir suala, "Türkiyə və Suriyanı həyatımızın sonuna qədər qorumaq istəmirəm. Mən əsgərlərimizin Suriyada olmasını istəmirəm. Yalnız neftin təhlükəsizliyi üçün orada əsgər saxlayacağıq”.
Tramp, "Ölkənin müəyyən bir ərazisində olan nefti təhlükəsizlik altına alacağam. Bu neft üçün döyüşməmiz lazım gələ bilər", - ifadələrini istifadə edib.
ABŞ Prezidenti, "Neft çox qiymətlidir. Biz də bir miqdar ala bilməliyik. Bəlkə də, “Exxon Mobil” və ya möcüzə şirkətlərimizdən biri ilə bir müqavilə bağlayıb, oraya gedib, bu işi həyata keçirə bilərik" deyib.
Donald Tramp əlavə edib ki, ABŞ Yaxın Şərqə neft üçün daxil olmayıb. İndiyədək ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara 8 trilyon dollar xərcləyib. Bu qədər xərc regiondakı neftin qarşılığında çox yüksəkdir.
Bir sıra mütəxəssislər, ABŞ-ın, İsrailin planlarına və silah istehsalçılarının maraqlarına görə Yaxın Şərqdə hərbi əməliyyatlara qatıldığını iddia edirlər.