Azərbaycanda BOKT-ların aktivləri 314 milyon manatı keçib
Bu il oktyabrın 1-nə Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 314,4 milyon manat təşkil edib.
“ENA” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 17% çoxdur.
BOKT-ların aktivlərinin 255 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 9 ayda bu rəqəm 17,4% artıb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 5% artaraq 188,6 milyon manat, o cümlədən banklardan və digər maliyyə institutlarından cəlb etdikləri vəsaitlər 3,5% azalaraq 88,4 milyon manat, balans kapitalı isə 42,5% artara 125,8 milyon manat olub.