Bank

Bank sektorunda "kapital inyeksiyası" davam edir

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı press-relizdə  bildirilir ki, 1 oktyabr 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31 milyard 363 milyon manat, cəmi öhdəlikləri 26 milyard 675 min manat olub. Balans kapitalı isə 4 milyard 686 milyon manat təşkil edir. 

Aktivlər

Aktivlərin 46.4%-ni xarici valyutadadır. Cari ilin 9 ayı ərzində kredit portfeli 9.8% və ya 1.2 milyard manat artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13 milyard 872 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, bank aktivlərində kredit portfelinin payı 44.2% təşkil edib. Kredit portfelinin 61.6%-ni biznes, 38.4%-ni isə istehlak kreditləri təşkil edib. Kreditlərin 34.8%-i xarici valyutada verilən kreditlərdir

 

Öhdəliklər

2019-cu ilin sentyabr ayının sonunda fiziki şəxslərin əmanətləri 2.7% və ya 222  milyon manat artaraq 8 milyard 491 milyon manat təşkil edib. Əsas göstəricilərdən biri odur ki, milli valyutada olan əmanətlər 21.8% və ya 665.3 milyon manat artıb, xarici valyutada olan əmanətlər isə əksinə olaraq 8.5% və ya 443.7 milyon manat azalıb. 

Hüquqi şəxslərin əmanətləri doqquz ay ərzində 12.2% (1 milyard 260 milyon manat) artaraq 11 milyard 571 milyon manat olub. 

 

Kapital və maliyyə vəziyyəti 

Sektorun kapitallaşmasında müsbət tendensiya davam edib. Belə ki, məcmu kapital ilin əvvəli ilə müqayisədə 17% artaraq 4 milyard 236 milyon manata çatlb. Balans kapitalı ilin əvvəlindən 15.1% artaraq 4 milyard 688.5 milyon manat təşkil edib.

2019-cu ilin doqquz ayının yekunlarına görə, bank sektorunun xalis mənfəəti 522.7 milyon manat təşkil edib. Sentyabr ayında ümumi bank sektorunun məcmu kapitalın gəlirlilik əmsalı 22.6% olub, bu da minimum 10-11%-i üstələyir. Sektorda ani likvidlik mövcuddur. 

 

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-ü xarici kapitallıdır, bunlardan 7-də xarici kapitalın payı 100% təşkil edir. 30 bankın filiallarının sayı 515, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,592-dir. 9 ayın yekunlarına görə, bank  sektorunda 18 min 911 nəfər çalışır. Təkcə sentyabr ayında banklar 1496 nəfər işçi götürüb. 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)