Sosial iqtisadiyyat

Bakıda hamını təəccübləndirən foto... - RƏSMİ AÇIQLAMA

Paytaxta LPG qazlarının saxlanması üçün unikal böyüklükdə qurğu gətirilib.

ENA.az xəbər verir ki, İtaliya istehsalı olan qurğunun gətirilməsində əsas səbəb “SOCAR”ın Heydər Əliyev adına Neft emalı zavodunun müasirləşdirilməsi tədbirləridir. Uzunu 35 metr, həcmi 345 ton olan qurğu Qafqazda ilkdir. Növbəti mərhələdə isə 66 metr uzunluğunda olan daha irihəcmli qurğunun gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, son zamanlar ölkəmizdə yanacaqdoldurma məntəqələrində maye qazın satışı ilə bağlı problemlər yaranmışdı.

SOCAR-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yaranmış problemə səbəb sənayenin inkişafı nəticəsində LPG-yə artan tələbata görə qıtlıq yaranması olub.

 


Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department