Onları “Google”da axtarmayın - Bu “məşhurlar” virus yayır
Hər il dünyaca məşhur “McAfee” antivirus şikrəti adları axtarış səhifələrində xüsusilə diqqətlə daxil edilməsi lazım olan məşhurların siyahısını tərtib edir.
ENA.az xəbər verir ki, həmin ulduzların adlarını axtarış səhifələrinə daxil edəndə cihazınızda virusun girmə riski birə min artır. Belə ki, hakerlər istifadəçiləri zərərli proqramları olan saytlara yönləndirmək üçün bəzi ulduzların populyarlığından istifadə edirlər.
Məsələn, bu il əksər hallarda “Game of Thrones” oyununu izləyən, “Google”a “Sansa Stark” yazaraq axtarış edənlərin cihazlarına virusu daxil olub.
Bır sıra ulduzlar məsələdən xəbər tutaraq, 2019-cu ildə cihazlarına antivirus proqramı yükləməklə canını bu bəladan qurtara bilib.
Bu məşhurların fotolarını axtarışa verib yükləsəniz, cihazınıza virus daxil ola bilər:
1. “Xanımın nağılı” seriyalının ulduzu Aleksis Bledel
2. TV aparıcısı Ceyms Korden
3. “Taxt oyunları”nın ulduz Sofi Törner
4. Aktrisa Anna Kendrik (“Mükəmməl Səs”, “Alatoranlıq”)
5. Aktrisa Lupita Nionqo (“12 il köləlik”, “Qara pantera”)
6. Televiziya aparıcısı Cimmi Fallon
7. Dünya şöhrətli aktyor Ceki Çan
8. Repçi Lil Uayne
9. Repçi Nikki Minaj
10. Aktrisa Tessa Tompson (“Qara rəngli kişilər: Beynəlxalq”)