ENA+

Tramp Türkiyəyə qarşı tətbiq edilən sanksiyaları ləğvi barədə tapşırıq verib

ABŞ prezidenti Donald Tramp Suriyada “Barış pınarı” əməliyyatı ilə bağlı Türkiyəyə qarşı tətbiq etdikləri sanksiyaları ləğv etmək barədə tapşırıq verib.

ENA.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə D.Tramp Ağ Evdəki nitqi zamanı bildirib.

“Bizi narazı salan nəsə baş verənədək sanksiyalar təxirə salınacaq”, - deyən ABŞ lideri Türkiyə tərəfindən aralarında əldə edilmiş razılaşmalara əməl olunmasa, bu ölkədən idxal olunan mallara rüsumları xeyli artıracaqlarını açıqlayıb.

Həmçinin Ağ Ev rəhbəri başqa ölkələri Türkiyənin Suriya sərhədində nəzarəti gücləndirmək üçün kömək olmağa çağırdıqlarını da qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)