ENA+

Rusiyanın trilyonluq meqalayihəsi

Rusiyada Sankt-Peterburqla Nijni Novqorod arasında yüksək sürətli dəmir yolunun tikintisi layihəsinin dəyəri açıqlanıb.

ENA.az xəbər verir ki, “Rusiya Dəmir Yolları” layihəni 2,3 trilyon rubl (36 milyard dollardan çox) dəyərində qiymətləndirib.

Layihə təsdiq olunması üçün baş nazirin müavini Maksim Akimova və müvafiq qurumlara göndərilib.

Yüksək sürətli dəmir yolunun 2026-cı ilədək tikilməsi nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)