Türkiyə də texnologiya nəhənglərinə vergi tətbiq etməyə hazırlaşır
Fransadan sonra Türkiyə də internet üzərindən mal və xidmət təqdim edən texnologiya şirkətlərinə vergi tətbiq etməyə hazırlaşır.
ENA.az xəbər verir ki, hazırlanan qanun layihəsinə görə, beynəlxalq texnologiya şirkətləri internet üzərindən alış-veriş, reklam, oyun, musiqi və video kimi xidmətlərdən əldə etdikləri gəlirlərə qarşılıq 7.5% nisbətində Rəqəmsal Xidmət Vergisi ödəyəcək.
Yeni vergi birbaşa ABŞ-ın Google, Facebook, Apple və Amazon kimi texnologiya nəhənglərini "vuracağı" üçün addımın ABŞ-a qarşı gizli bir embarqo ola biləcəyi qeyd edilir.
Rəqəmsal Xidmət Vergisi Türkiyədə ən azı 20 milyon TL ya da qlobal miqyasda 750 milyon Avro və üzərində gəlir əldə edən şirkətlərə tətbiq olunacaq.