İsveçrənin BCGE bankı Azərbaycanda maliyyə xidmətləri göstərmək niyyətindədir
İsveçrə bankı Banque Cantonale de Genève (BCGE) Azərbaycanda maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərmək istəyir.
ENA.az xəbər verir ki, bunu BCGE-nin icraçı direktoru Mario Al Jebouri Azərbaycan-İsveçrə biznes forumunda bildirib.
Onun sözlərinə görə, bu regionda mövqelərimizi daha da möhkəmləndirmək istərdik: "Azərbaycanda geniş imkanlar var. Biz istərdik ki, burada maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərək".
M.Al Jebouri vurğulayıb ki, BCGE Cenevrə İqtisadiyyatında mühüm yer tutur: "Bankın dövriyyəsi 22 mlrd İsveçrə frankı təşkil edir".