Sosial iqtisadiyyat

Azərbaycanlı hakerlər Paşinyanın saytına “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazdı - VİDEO

Bu gün azərbaycanlı hakerlərdən ibarət "Anti-armenia Team" qrupu tərəfindən Ermənistanın Baş Naziri Nikol Paşinyanın rəsmi veb-saytına kiber-hücum əməliyyatı həyata keçirilib.

ENA.az xəbər verir ki, hücum nəticəsində veb-saytın xəbərlər hissəsinə "Qarabağ Azərbaycandır və nida işarəsi!" başlıqlı xəbər yerləşdirilib, məzmununda isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada baş tutmuş "Valday 2019" forumundakı çıxışının video fraqmenti əlavə olunub.

Kiber-hücum əməliyyatı "Ferid23" və "LozariuS" kod adlı hakerlər tərəfindən həyata keçirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)