Vakansiyalar

ADA Universiteti mühafizəçi axtarır - VAKANSİYA

MÜHAFİZƏÇİ

TƏLƏBLƏR:

• Mühafizə sahəsində minimum 1 il iş təcrübəsi;
• Problemləri və tapşırıqları sürətli həll etmə bacarığı;
• Məsuliyyətli, ciddi və nizam-intizamlı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilini səlis, ingilis və rus dillərini orta səviyyədə bilmək.

ÖHDƏLIKLƏR:

• Kampusun yoxlama otağına nəzarət etmək;
• Universitet ərazisində vaxtaşırı təhlükəsizlik yoxlamaları aparmaq;
• Universitet ərazisinə nəqliyyat vasitələrinin giriş və çıxışını yoxlamaq və nəzarətdə saxlamaq;
• Universitet binalarında təhlükəsizliyə nəzarət etmək;
• Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 oktyabr 2019-ci il tarixinədək recruitment@ada.edu.az elektron ünvanına mövzu hissəsində müraciət edilən vəzifə adını “Mühafizəçi” kimi qeyd edərək göndərə bilərlər.Əks təqdirdə, müraciətiniz nəzərə alınmayacaqdır.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Ətraflı məlumat üçün: https://www.ada.edu.az/jobs

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department