Sənaye

Azərbaycan 9 ayda 11,267 mlrd dollarlıq xam neft ixrac edib

Bu iln yanvar- sentyabr aylarında Azərbaycan 23 254,022 min ton həcmində xam neft ixrac edib.

ENA”nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft məhsullarının dəyəri 11 267,062 milyon ABŞ dolları təşkil edib.

Bu ilin 9 ayında ixrac edilən xam neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 6% cox, dəyəri isə 2,8% azdır.

Hesabat dövründə xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 81,2% olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)