Sumqayıt Texnologiyalar Parkı işçi axtarır - VAKANSİYA
Vəzifənin adı : İnformasiya Texnologiyaları departamenti, Proqram Təminatı şöbəsi, Proqram təminatı üzrə böyük mütəxəssis
Vəzifə öhdəlikləri:
• İT layihələrinin icrasında iştirak etmək;
• Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin etmək;
• Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirmək;
• Rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olmaq;
• Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrası və proseslərin optimallaşdırılması;
• Proqram təminatlarının işləməsinə nəzarət edilməsi;
• Proqramlarda rastlaşılan nasazlıqların aradan qaldırılması;
• Təyin edilmiş sistem və ya proqram təminatının sistemləri üçün bir və ya bir neçə proqramlaşdırma dilindən istifadə etmək. Buraya proqramlaşdırmada istifadə olunan alətlər,Web və ya digər kitabxanalar daxildir;
• İnkişaf etməkdə olan texnologiyaları, aparat və proqram təminatının araşdırılması aparmaq;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
• Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlanıb birbaşa rəhbərinə təqdim edilməsi;
Təhsil/Təcrübə:
• İnformasiya Texnologiyaları və ya Texniki sahədə Ali təhsilli olmalı;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi olmalı;
• Visual studio C# T-SQL, asp.net, ms sql, oracle forms-da iş bacarığı;
• Sertifikasiya arzuolunandır;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
• Azərbaycan dili sərbəst, Rus və İngilis dillərini yaxşı səviyyədə arzuolunandır;
• İşgüzar, məsuliyyətli, nizam-intizamlı və stressə davamlı olmalı
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş vaxtı: 09:00 – 18:00
• İş qrafiki: 5 gün
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Proqram təminatı üzrə böyük mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.