Amerika Türkiyənin nazirlərinə sanksiya qoydu: Lazım gəlsə...
ABŞ rəhbərliyi, Türkiyənin "Barış Pınarı Harekatı" çərçivəsində Suriyadakı əməliyyatını hədəf götürərək, 3 nazir və 2 nazirliyə qarşı sanksiya qoydu.
ABŞ Maliyyə Nazirliyi, ABŞ rəhbərliyinin Türkiyədən üç nazirə və iki nazirliyə Türkiyənin Suriyadakı hərbi əməliyyatına görə sanksiya qoyulduğunu təsdiqləyib. Prezident Donald Tramp da Türkiyəyə qarşı sanksiya fərmanını imzalayıb.
Nazirlikdən yazılı açıqlamaya görə, sanksiya siyahısına daxil olan nazir və nazirliklər bunlardır:
- Milli Müdafiə Nazirliyi,
- Enerji və Təbii Sərvətlər Nazirliyi,
Milli Müdafiə Naziri Hulusi Akar,
Daxili İşlər naziri Süleyman Soylu,
- Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez
Şərhdə, Türkiyə hökumətinin atdığı addımlar '' günahsız vətəndaşları təhlükə altına aldı və İŞİD-i məğlub etmək mübarizəsinə zərər verdi '' deyilir".
ABŞ Maliyyə Nazirliyinin açıqlamasında, ''Lazım gəlsə, Türkiyə hökuməti səlahiyyətlilərinə və təşkilatlarına əlavə sanksiyaların tətbiqinə hazırıq'', mesajı da verilib.
Qərara görə, Türkiyədən idxal edilən polada tətbiq olunan gömrük vergisi may ayında yaşanan endirimin əvvəlindəki kimi yenidən yüzdə 50-ə çıxarılacaq. ABŞ, Ticarət Nazirliyi tərəfindən davam etdirilən və Türkiyə 100 milyard dollarlıq ticarət razılaşmasını ehtiva edən müzakirələr dərhal dayandırılacaq.