Sosial iqtisadiyyat

"Biz SOCAR üçün ərazi ayırmışıq"

SOCAR Özbəkistan bazarına daxil ola bilər.

“Marja” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan  Prezidenti Şavkat Mirziyoyevin görüşündə bildirilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib:

 

“Bizim perspektivli istiqamətlərimiz çoxdur. Energetika, neft-qaz sahələri haqqında dediklərinizlə razıyam. Biz Sizinlə söhbət etmişik. İndi biz SOCAR üçün ərazi ayırmışıq. Mən bizimkilərə demişəm, elə yerlər, elə ərazilər ayırsınlar ki, biz bu ciddi şirkətlə uzun müddət əməkdaşlıq edə bilək. İkincisi, bu gün mənə məruzə etdilər ki, onlar çox ciddi danışıqlar aparıblar, hər şey barədə razılaşıblar və həqiqətən, neft-qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlığın real perspektivləri var. Bu, normal kursdur, bu sahədə irəliləyiş var və biz bunu yalnız dəstəkləyəcəyik.

Daha bir mühüm istiqamət, - Sizin artıq qeyd etdiyiniz kimi, - nəqliyyat-kommunikasiya sahəsində münasibətlərdir. Bakı-Tbilisi-Qars dəmir yolu bizim üçün böyük əhəmiyyət kəsb edir. Bizim şirkətlərin çoxu artıq bu yolu tanıyır və Özbəkistan əmtəə dövriyyəsini artırmağı qarşısına hədəf qoyub. Mən çox istərdim ki, Siz tapşırıq verəsiniz, - bütün nazirlər burada əyləşiblər, - Türkmənbaşı-Ələt bərə xəttinə limanda preferensiyalar verilsin. Ona görə ki, bizdə də əmtəə dövriyyəsi artır, iqtisadiyyat yavaş-yavaş dirçəlir, istərdik ki, bütünlüklə bu istiqamətə üstünlük verilsin”.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)