ENA+

ABŞ Çin məhsullarına gömrük vergisini artırmağı təxirə saldı

ABŞ Prezidenti Donald Tramp Oktyabrın 15-dən Çindən idxala tətbiq edilən gömrük tarifinin 25%-dən 30%-ə artırılmaması ilə razılaşıb. 

ENA.az xəbər verir ki, bu barədə Donald Tramp sosial media səhifəsindən özü məlumat verib. 

Tarif 25%-də qalacaq. 

Prezident qeyd edib ki, Böyük Saziş üzrə danışıqların ilkin mərhələsi başa çatıb. Tezliklə saziş imzalana bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)