ENA+

Fransa Türkiyəyə silah satışını dayandırdı

Fransa müdafiə naziri Florens Parli, ölkəsinin, Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək və bölgəyə sülh gətirmək məqsədiylə başlatdığı “Sülh çeşməsi”  hərəkatında istifadə ehtimalı olan hər cür döyüş təchizatının ixracatının dayandırılmasa qərar verib.

Parli, sosial media hesabında belə açıqlama verib:

“Fransa, Türkiyənin Suriyanın şimal-şərqində icra etdiyi hərbi hərəkatın dayandırılmasını gözləyərkən, bu hərəkatda istifadə edilmə ehtimalı olan hər cür döyüş təchizatının Türkiyəyə ixracatının dayandırılmasına qərar verdi”.

Bununla da, Türkiyəyə silah satışını dayandıran ölkələrin sayı 5-ə çatdı. Bundan öncə, Finlandiya, Hollandiya, Norveç və Almaniya da Türkiyəyə silah satışını dayandırdıqlarını açıqlamışdılar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)